NATO ölkələri Şimali Koreyanın nüvə proqramını pisləyib

Hazırda oxunan: NATO ölkələri Şimali Koreyanın nüvə proqramını pisləyib

145776

NATO ölkələri Şimali Koreyanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozan ballistik raketlər və kütləvi qırğın silahları hazırlamaq proqramlarını pisləyib.

Bizim.Media xəbər verir ki, bu barədə alyansın Vilnüsdə keçirilən sammitinin birinci gününün yekun bəyanatında deyilir.

"Biz KXDR-in BMT Təhlükəsizlik Şurasının bir neçə qətnaməsini pozan ballistik raket və kütləvi qırğın silahları proqramlarını qəti şəkildə pisləyirik", - sənəddə bildirilir.

NATO dövlətləri Pxenyanı dialoqa qayıtmağa və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin tələblərinə əməl etməyə çağırıb. Alyans, həmçinin Şimali Koreyanı ABŞ, Koreya Respublikası və Yaponiyanın dialoq dəvətlərinə müsbət cavab verməyə səsləyib.
"Hind-Sakit okean regionu NATO üçün vacibdir, çünki orada baş verən hadisələr Avro-Atlantik regionda təhlükəsizliyə birbaşa təsir edə bilər. Biz Asiya-Sakit Okean regionundan olan tərəfdaşlarımızın - Avstraliya, Yaponiya, Yeni Zelandiya və Koreya Respublikasının Avro-Atlantik regionun təhlükəsizliyinə, o cümlədən Ukraynanı dəstəkləmək öhdəliyinə töhfəsini alqışlayırıq”, - bəyanatda qeyd edilir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin