İranda azyaşlıların koronavirusa yoluxma halları sürətlə artır - Rəsmi açıqlama

Hazırda oxunan: İranda azyaşlıların koronavirusa yoluxma halları sürətlə artır - Rəsmi açıqlama

14575

“İranda azyaşlı uşaqların “Covid-19” infeksiyasına yoluxma halları sürətlə artır”.

Bizim.Media İran mətbuatına istinadla xəbər verir ki, bu barədə Tehranın Koronavirusla Mübarizə Milli Qərargah rəisinin müavini Nadir Təvəkküli məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

İranda 24 saatda 88 nəfər vəfat etdi 


O bildirib ki, Novruz bayramı ərfəsində ictimai aktivliyin müşahidə olunması, insanların gigiyena qaydalarına riayət etmədən kütləvi şəkildə ticarət mərkəzlərinə getməsi və şəhərlərarası səfərlərin artması xəstəliyin daha geniş yayılmasına əlverişli şərait yaradıb:

“Hazırda Tehranda 260- 300 yoluxma faktı qeydə alınır,  2000-2400 nəfərə yaxın  insan isə ambulator müalicə alır”.

Nadir Təvəkküli həmçinin, bildirib ki, 10 yaşına çatmayan uşaqların koronavirusa yoluxma və xəstəxanalara yerləşdirilməsi halları  artaraq 11%-ə yüksəlib:

“Halbuki ötən aylar bu faiz çox aşağı idi. Bu isə böyük bir təhlükədir və hesab edirəm ki, bunun qarşısını almaq üçün addımlar atılmalıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin