"Şiələrin o kitabına Şah İsmayıl sponsorluq edib" -Elşad Miridən tarixçi alimə cavab

Hazırda oxunan: "Şiələrin o kitabına Şah İsmayıl sponsorluq edib" -Elşad Miridən tarixçi alimə cavab

145707
Tarix elmləri doktoru, Azərbaycan Milli Araşdırmalar Assosiasiyasının rəhbəri Əkbər Nəcəf qalmaqallı açıqlamalar verib.

Alim azNews.az-a müsahibəsində bildirib ki, Şah İsmayıl Xətai hakimiyyətdə olduğu dövrdə daha çox şiələri qırıb.

Tanınmış ilahiyyatçı Elşad Miri  bildirib ki, Xətai şiəliyi əsas götürərək, digər məzhəblərin nümayəndələri ilə savaşıb:

"İlk növbədə bir şeyi dəqiq demək olar ki, bəli, Şah İsmayıl Xətainin əcdadları əhli sünnə olaraq gəliblər. Amma sonra Şah İsmayıl Xətainin adından istifadə olundu. Sonrakı mərhələdə isə şiəliyi, qızılbaşlığı əsas götürərək digər məzhəb nümayəndələri ilə savaşıb. Tarixə baxanda da bunun şahidi ola bilərik. Elə Osmanlı dövlətiylə olan Çaldıran döyüşü buna ən böyük sübutdur".

E.Miri deyib ki, Xətai şiəliyin ən böyük kitabının yazılmasına da maliyyə yardımı göstərib:

"Başqa bir şeyi deyim. Bu gün şiəliyin ən əsas mənbə hesab edilən kitabı 110 cilddən ibarət "Biharul ənvar"dır. O kitab Xətainin dövründə məşhur alim tərəfindən yazılıb və Xətai də sponsorluq edib. Şah İsmayılın dövründə kitabın 20-dən artıq cildi yazılıb və sonradan 110-a çatdırılıb. Bütün bunlar göstərir ki, deyilənlər əsassız məsələdir. Həm də bu məsələni gündəmə gətirən tarixçi faktlarla danışmalıydı. Ümumi pafoslu çıxışlarla məsələni qabardıb qarşıdurma yaratmağa əsas yoxdur".(Ölkə.Az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin