Bu gün indiki Ukrayna ərazilərindən yəhudilərin sürgün edilməsindən 287 il keçir. 1740-cı ilin məhz bu günündə Ukrayna әrazisindә yaşayan yәhudilәr bu ərazilərdən sürgün edilib. Sürgün prosesi 1772-ci ildə Polşanın ilk bölünməsindən sonra daha da sürətlənib.
Bəs, yəhudilər Ukraynadan niyə qovulublar?
Bununla bağlı Bizim.Media araşdırmalar aparıb. Və kifayət qədər maraqlı faktlar ortaya çıxarıb.
Bildiyimiz kimi Böyük Pyotrdan sonra Böyük Rus imperiyası yaratmaq ideyası ortaya atıldı. Bu ideyanı reallaşdırmaq üçün müxtəlif istiqamətlər müəyyən edildi. Həmin istiqamətlərdən biri də din və dil faktoru idi.
Bildiyimiz ki, Çar Rusiyasının əsas əhalisi provaslav dininin daşıyıcıları və slavyan xalqları idi. Lakin, orta əsrlərdə çar Rusiyasının ərazisində xeyli miqdarda yəhudi yaşayırdı.
Burada və Avropada yəhudilərə münasibətin üç müəyyən ənənəsi formalaşmışdı - dini, praqmatik və islahatçı. Yəhudilər harada yaşamasından asılı olmayaraq özlərinin genetik və milli xüsusiyyətlərini qoruyub saxlaya bilirlər.
Böyük hədəflərə köklənən Böyük Pyotr yəhudilərin müstəsna keyfiyyətlərini və ruslarla heç bir din, dil bağlılığının olmamasını nəzərə alıb, onların bu torpaqlardan kütləvi şəkildə qovulması qərarını verdi. Yəhudilərsə o zaman ən çox indiki Ukrayna ərazilərində məskunlaşmışdı.
Yəhudilərin Çar Rusiyasından qovulmasının ilk dalğası 11 iyul 1740-cı ildə oldu. 1772-ci ildə Polşanın parçalanmasından sonra bu kampaniya daha böyük miqyasda həyata keçirildi. Ümumilikdə isə yəhudilərin indiki Ukrayna ərazisindən qovulması 150 ilə yaxın müddətdə davam etdi.
Bəs, indiki Ukrayna ərazisində ilk yəhudi tayfaları barədə hansı mənbələrdə məlumata rast gəlinir?
Köhnə rus salnaməsi olan “Keçmiş illərin nağılı”da qeyd edilir ki, 986-cı ildə yəhudi xəzərlər Kiyev bütpərəst knyazı Vladimiri öz inanclarına inandırmağa cəhd etdilər.
Digər bir mənbədə deyilir ki, yəhudilərin Şərqi Avropaya ilk köçürülməsi - Qara dənizin şimal sahillərində slavyan hegemonluğu dövrünü xeyli qabaqlayır.
İlkin slavyan məskənləri və sonrakı Kiyev dövləti eyni vaxtda və Volqanın aşağı axarlarını və Krımı idarə edən Xəzər xaqanlığı ilə yaxın ərazidə yəhudi tayfaları mövcud idi. Təxminən 740-cı ildə Xəzər hökmdarı Bulan yəhudiliyi qəbul etdi və Xəzər cəmiyyətinin əhəmiyyətli bir hissəsi ona tabe oldu.
Digər bir mənbədə deyilir ki, Kiyevin özünün xəzərlər tərəfindən qurulmasına dair X əsrə aid sübutlar var. Kiyevdə Talmud yəhudiliyinə etiqad edən xəzər icması var idi. Xəzər yəhudiləri Kiyevi "Yəhudi Qapısı" adlandırırdılar.
Yəhudilərə hər yerdə tacir qiyafəsində rast gəlinirmiş. Xüsusilə, X əsrdə Kiyev əsasən varlı yəhudilərin nəzarətində olub.
Lakin slavyan xalqları yəhudilərə heç zaman isti münasibət bəsləməyib. Və 1113-cü ildə Knyaz Svyatopolkun ölümündən sonra Kiyevdə yəhudilərlə slavyan xalqları arasında ciddi iğtişaşları başlayıb.
Həm zəngin boyarlar, həm də yəhudilər qəzəbli kütlənin qurbanı olublar. Bu iğtişaşlar əsasən yəhudilərə qarşı yönəlmişdi. Bir sözlə, slavyanlar heç zaman yəhudilərin bu torpaqlarda yaşamasını həzm edə bilməyiblər. Son nəticədə Böyük Pyotrun tövsiyəsi ilə XVIII əsrdə yəhudilərə qarşı böyük hərəkat başladı.
Ukrayna ərazisində yəhudi dövləti yaranacaq?
Təsadüfi deyil ki, ötən ilin iyununda Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev sosial şəbəkə hesabında qəribə fikirlər səsləndirmişdi. O, bildirmişdi ki, iki ildən sonra Ukrayna adlı dövlət dünya siyasi xəritəsində olmayacaq.
Ukraynanın cənubundakı 5 vilayətin ərazisində Yeni Yəhudi dövləti olacaq. Bu dövlətə isə Odessa, Dnepropetrovsk, Zaporojye, Xerson və Nikolayev vilayətlərinin əraziləri daxil olacaq.
Bizim.Media "allll.net.wiki" sosial platformasına istinadən başqa bir məlumat əldə edib. Həmin məlumatda deyilir ki, yeni yəhudi dövlətinin yaranma layihəsinin hazırlanmasına 2016-cı ildən başlanılıb. Layihənin icraçı direktoru İqor Berkutdur. Layihəyə Rusiyanın, Ukraynanın və Qərbin tanınmış ictimai xadimləri, politoloqları və analitikləri dəstək verirlər.
Həmin məşhurların sırasında Vladimir Pozner, Vladimir Solovyov, Yassin Kadmi, Yevgeni Satanovski, Dmitri Qordon və digərləri yer alıblar. Layihənin icrasına 2019-cu ildə başlanılıb(Zelenskinin hakimiyyətə gəlişindən sonra).
2024-cü ildə dünyada yeni yəhudi dövləti olacaq
Mənbə xəbər verir ki, 2024-cü ildə layihənin ilkin mərhələsi başa çatacaq. Və "Yeni Yerusəlim" dövlət kimi ayaqda duracaq.
Layihənin ikinci mərhələsi 2049-cu ildə, sonuncu mərhələsi isə 2060-cı ildə tamamlanacaq.
Yazılanlara inansaq 2029-cu ilin sonuna qədər təxminən 5 milyon yəhudinin "Yeni Yerusəlim"də yaşamaq üçün Ukraynaya gələcəyi gözlənilir. Deyilənlərə inansaq, onda yəhudilərin böyük qayıdışından bizi çox qısa zaman ayırır.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Dünya
09:00 / 12.07.2023
Ukrayna ərazisində YƏHUDİ DÖVLƏTİ – Minillik ideya 2024-cü ildə REALLAŞACAQ?
Hazırda oxunan: Ukrayna ərazisində YƏHUDİ DÖVLƏTİ – Minillik ideya 2024-cü ildə REALLAŞACAQ?
Hazırda oxunan: Ukrayna ərazisində YƏHUDİ DÖVLƏTİ – Minillik ideya 2024-cü ildə REALLAŞACAQ?
145676
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.