Rusiya sərhədinin yaxınlığında NATO-nun kritik sammiti başlayır

Hazırda oxunan: Rusiya sərhədinin yaxınlığında NATO-nun kritik sammiti başlayır

145597

Bu gün - iyulun 11-də Litvanın paytaxtı Vilnüsdə NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının 2 günlük sammiti başlayır. 

Bizim.Media xəbər verir ki, zirvə toplantısında alyansa üzvlük üçün müraciət etmiş İsveçlə yanaşı, Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya da liderlər səviyyəsində təmsil olunacaq. Sammitə Ukrayna Prezidenti Volodimir Zelenski də dəvət edilib.

Qərb ölkələrinin rəsmiləri NATO-nun illik sammitinin keçmiş sovet respublikasında keçirilməsinin Rusiyaya bir mesaj olduğunu bildirirlər. 

Xatırladaq ki, hələ 1990-cı ildə SSRİ-nin tərkibindən çıxaraq dövlət müstəqilliyini elan etmiş Litva 2004-cü ildə alyansa üzv qəbul olunub. Rusiya sərhədindən cəmi 300 kilometr məsafədə yerləşən Vilnüsdə Alyansın budəfəki ali toplantısına xüsusən də Ukrayna ilə bağlı hansı qərarı verəcəyindən dolayı böyük diqqət var.

Litva sammitində əsas müzakirə mövzuları da elə Ukrayna və Rusiya ilə bağlı olacaq. Məlumatlara görə, Kiyevlə siyasi münasibətləri növbəti mərhələyə çıxarmaq məqsədlə NATO-Ukrayna Şurası yaradılacaq. 

Şura ilk iclasını Vilnüsdə keçirəcək. Sammit ərəfəsi rəsmi Kiyev ona Alyansla üzvlüklə bağlı vəd verilməsini də istəyir. Yeri gəlmişkən, zirvə toplantısı ərəfəsində Voodimir Zelenskinin Türkiyəyə səfəri zamanı prezident Rəcəb Tayyib Ərdoğan Ukraynanın NATO-ya üzvlüyü haqq etdiyini söyləyib.
Lakin ABŞ Prezidenti Co Bayden bundan öncə Ukraynanın üzvlüyü üçün bütün namizədlərin eyni olan şərtləri yerinə yetirməli olacağını bildirmişdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin