İsveç Türkiyəyə terrorçu elan etdiyi təşkilatları dəstəkləməyəcəyinə və Avropaya inteqrasiya məsələsində hər cür köməklik göstərəcəyinə söz verib.
Bizim.Media “Haber Global” telekanalına istinadən xəbər verir ki, bu məsələlərlə bağlı razılaşmaların əldə olunması nəticəsində Türkiyə tərəfi İsveçin NATO-ya qəbulu ilə bağlı protokolun ratifikasiya üçün parlamentə təqdim edilməsinə razılıq verib.
NATO sammitinə uçmazdan əvvəl Ərdoğan bildirib ki, Türkiyə Ankaranın Aİ-yə üzvlüyünə maneələri aradan qaldırmaq müqabilində İsveçin alyansa qoşulmaq istəyini dəstəkləyəcək.
Bundan əvvəl Türkiyə hakimiyyəti bəyan etmişdi ki, bunun üçün əsas şərt İsveçin Terrorla Mübarizə üzrə Madrid Memorandumunun öhdəliklərini yerinə yetirməsi olmalıdır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
08:15 / 11.07.2023
İsveç Türkiyəyə söz verdi - Terror təşkilatlarını dəstəkləməyəcək
Hazırda oxunan: İsveç Türkiyəyə söz verdi - Terror təşkilatlarını dəstəkləməyəcək
Hazırda oxunan: İsveç Türkiyəyə söz verdi - Terror təşkilatlarını dəstəkləməyəcək
145582
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.