“Bitkoin”in qiyməti 120 min dollara kimi yüksələ bilər

Hazırda oxunan: “Bitkoin”in qiyməti 120 min dollara kimi yüksələ bilər

145563

Dünyanın ən yüksək bazar dəyəri olan kriptovalyutası “Bitkoin”in qiyməti bu il 50 min dollara çata bilər və 2024-cü ilin sonuna qədər 120 min dolları keçəcək.

Bizim.Media xəbər verir ki, bu barədə "Reuters" "Standard Chartered Bank"ın məlumatlarına istinadən məlumat yayıb.

Bank əvvəllər 2024-cü ilin sonunda "bitkoin"in məzənnəsinin 100 min dollar səviyyəsində olacağını proqnozlaşdırmışdı.

Bankın aparıcı valyuta analitiki Jeff Kendrik deyib ki, kriptovalyuta bazarında daha müsbət dinamikanı nəzərə alsaq, bu proqnoza 20% əlavə etmək olar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin