Medvedevdən XƏBƏRDARLIQ: Avropadakı nüvə obyektlərinə zərbə endirilə bilər

Hazırda oxunan: Medvedevdən XƏBƏRDARLIQ: Avropadakı nüvə obyektlərinə zərbə endirilə bilər

145402

Smolensk AES-ə NATO raketləri ilə hücum cəhdi təsdiqlənərsə, Rusiya Şərqi Avropadakı nüvə obyektlərinə zərbələr endirə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün Telegram kanalında yazıb.

“Əgər Smolensk (Desnoqorsk) AES-ə NATO raketləri ilə hücum cəhdi təsdiqlənərsə, Rusiyanın Cənubi Ukrayna, Rivne və Xmelnitski AES-lərə, eləcə də Şərqi Avropadakı nüvə obyektlərin eyni vaxtda zərbə endirmək ssenarisini nəzərdən keçirmək lazımdır”, - deyə o, qeyd edib.
Bazar günü bəzi Telegram kanalları Ukrayna Silahlı Qüvvələrinin Smolensk vilayətindəki Desnoqorsk nüvə zavoduna raketlərlə hücum etməyə çalışdığını iddia edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin