Tbilisidə “Şuşa fotolarda” adlı fotosərgi açıldı - FOTO

Hazırda oxunan: Tbilisidə “Şuşa fotolarda” adlı fotosərgi açıldı - FOTO

145376

İyulun 9-da Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi ilə əlaqədar fotosərgi açılıb.

Bizim.Media xəbər verir ki, sərgidə Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşanın füsunkar gözəlliyini, Azərbaycan və dünya mədəniyyətinə, incəsənətinə maraqlı və unudulmaz mədəniyyət inciləri bəxş etmiş tarixi şəxsiyyətlərin fotoları nümayiş etdirilib.

Sərgini ziyarət edənlərə Şuşa açıqcaları paylanılıb.

Layihə rəhbəri Fərhad Abdulov sərgini ziyarət edənlərə layihənin məqsədi barədə məlumat verib. Bildirib ki, sərgi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə "Uşaq və Yeniyetmələrə Dəstək” (UYD) İctimai Birliyi tərəfindən icra olunan “Shusha, the cultural capital of Azerbaijan, in photos” (Azərbaycanın mədəniyyət paytaxtı Şuşa fotolarda) adlı beynəlxalq fotoqrafiya layihəsi çərçivəsində gerçəkləşib.

Layihənin məqsədi Şuşanın tarixinin və mədəni irsinin yerli, türk və gürcü gəncləri arasında təbliğ edilməsindən ibarətdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin