Bu ölkədə sərnişinlərdən çox ağır olduqları üçün təyyarəni tərk etmələri istənilib. Hadisə Kanar adalarından Böyük Britaniyaya uçan EasyJet aşağı büdcəli aviaşirkətinin göyərtəsində baş verib.
Bizim.Media xəbər verir ki, bütün sərnişinlər artıq yerlərini tutduqdan sonra pilot təyyarənin həddindən artıq yükləndiyini bildirib.
"Xahiş edirəm ki, 20-yə qədər könüllü bu gün Liverpula uçmamağa üstünlük versin", deyə o, qeyd edib.
Könüllülərə sonrakı uçuşa pulsuz transfer və 500 avro təzminat vəd edilib.
19 nəfər razılaşaraq göyərtəni tərk edib.
Bizim.Media