Biz Fransanın üzr istəməyini tələb edirik - Yeni Kaledoniya rəsmisi

Hazırda oxunan: Biz Fransanın üzr istəməyini tələb edirik - Yeni Kaledoniya rəsmisi

144866

Fransa Yeni Kaledoniyada öz müstəmləkəçilik siyasətini gücləndirmək üçün 1980-ci illərdə bölgədə vətəndaş müharibəsi təşkil etdi. Tərəflər arasındakı silahlı qarşıdurma səbəbindən yüzlərlə uşaq valideynlərini itirdi.

Bizim.Media xəbər verir ki, bunu Qoşulmama Hərəkatının “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” mövzusunda keçirilən tədbirdə Sosialist və milli KANAK azadlığı cəbhəsinin BMT-dəki nümayəndəsi (Yeni Kaledoniya) Maqali Tinqal deyib.

O, belə hadisələrlə böyüyən yeni nəslin azad şəkildə öz fikirlərini səsləndirmək istədiklərini vurğulayıb. 

“Fransanın bizim torpaqlarda törətdiyi əməllər xalqımızın fəlakəti ilə nəticələnib. Mən Fransanın müstəmləkəçilik siyasətindən açıq şəkildə danışa biləcəyimiz platforma təşkil edən Prezident İlham Əliyevə təşəkkür edirəm. Biz Fransanın üzr istəməyini tələb edirik”, - deyə M.Tinqal vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin