Atatürk hava limanı xaricdən təyyarə qəbulunu bərpa etdi

Hazırda oxunan: Atatürk hava limanı xaricdən təyyarə qəbulunu bərpa etdi

144700
Atatürk hava limanı ölkə xaricindən sərnişin təyyarələri qəbul etməyi bərpa edib.

Bu barədə hazırda İstanbulda olan əməkdaşımız xəbər verib. Onun sözlərinə görə, bu gün axşam saatlarında hava limanına iri tutumlu, dörd motorlu təyyarə enib.

Qeyd edək ki, dünən gecə baş verən hərbi çevriliş cəhdindən sonra Atatürk hava limanı xarici reyslərini təxirə salmışdı. Bu üzdən İstanbula gəlmək və İstanbuldan getmək istəyən minlərlə sərnişin həm İstanbulda, həm də başqa şəhərlərdəki hava limanlarında intizarda qalmışdılar.

Təxminən 22 saat idi ki, Atatürk hava limanına yalnız THY və Türkiyənin özəl hava şirkətlərinin təyyarələri enirdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin