Rusiyada nazirlik əməkdaşlarına "iPhone"-dan istifadə qadağan EDİLDİ

Hazırda oxunan: Rusiyada nazirlik əməkdaşlarına "iPhone"-dan istifadə qadağan EDİLDİ

144665

İyulun 17-dən Sənaye və Ticarət Nazirliyinin məsul işçilərinə "Apple" mobil cihazlarından istifadə qadağan ediləcək. 

Bizim.Media xəbər verir ki, bu barədə “Vedomosti” nəşri nazirin birinci müavini Vasili Osmakovun imzaladığı müvafiq əmrə istinadən yazır.

Bir müddət əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov mətbuata açıqlamasında bildirib ki, prezident administrasiyasının əməkdaşlarına Amerikanın “Apple” şirkətinin məhsullarından rəsmi məqsədlər üçün istifadə etmək qadağandır.

Onun sözlərinə görə, bu şirkətin qadcetləri “tamamilə şəffafdır” və onların rəsmi məqsədlər üçün istifadəsi “qəbuledilməz və qadağandır”.

Eyni zamanda jurnalistlərin Rusiyanın şəxsi məqsədlər üçün “iPhone” telefonlarının istifadəsinə qadağa qoya bilərmi sualını cavablandıran Peskov bu haqda açıqlamanı xüsusi xidmət tərəfindən veriləcəyini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin