Avropa İttifaqı Ermənistana hərbi yardım göstərməkdən imtina etdi

Hazırda oxunan: Avropa İttifaqı Ermənistana hərbi yardım göstərməkdən imtina etdi

144658

Avropa İttifaqı (Aİ) Ermənistana Aİ tərəfdaşlarının müdafiə qabiliyyətini artırmaq üçün nəzərdə tutulmuş xüsusi fonddan hərbi yardım göstərməkdən imtina edib.

Bizim.Media xəbər verir ki, bunu Ermənistan Parlamentinin spikeri Alen Simonyan Varşavaya səfəri zamanı Polşa Prezidenti Andjey Duda ilə görüşündə səsləndirib.

O, Aİ-nin bu imtinasından şikayətlənib. Simonyan Polşa prezidentinə bildirib ki, Ermənistan hökuməti inkişaf etməkdə olan ölkələrə hərbi texnika almağa kömək etmək üçün Aİ-nin 2021-ci ildə yaratdığı Avropa Sülh Fondundan (EPF) "texniki yardım" istəyib.
“Aİ bu mexanizm vasitəsilə Ukrayna, Moldova və Gürcüstana yardım ayırır. Təəssüf ki, Aİ-nin Ermənistanla Azərbaycan arasında münasibətləri yaxşılaşdırmaq üçün vasitəçilik səyləri göstərməsi, habelə “münaqişə həssaslığı” məsələsi əsas gətirilərək Ermənistanın müraciəti rədd edilib. Bir daha demək istəyirəm ki, söhbət Ermənistanın müdafiə qabiliyyətinin artırılmasına yönəlmiş texniki yardımdan gedir”, - deyə Simonyan bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin