Çin Aİ rəsmisinin Pekin səfərini ləğv etdi - Ukrayna müharibəsi müzakirə ediləcəkdi

Hazırda oxunan: Çin Aİ rəsmisinin Pekin səfərini ləğv etdi - Ukrayna müharibəsi müzakirə ediləcəkdi

144604

Çin Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin gələn həftə Pekinə nəzərdə tutulmuş səfərini ləğv edib.

Bizim.Media xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti Xidmətinin mətbuat katibi Nəbilə Məsrəli məlumat verib.

Onun sözlərinə görə, Çin tərəfi Cozep Borrelin iyulun 10-a Pekinə nəzərdə tutulmuş səfərinin artıq mümkün olmayacağını və bununla bağlı başqa alternativlərin axtarılacağını bildirib.

Səfər çərçivəsində Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsinin Çin rəsmiləri ilə yüksək səviyyəli görüşləri və bu görüşlərdə Rusiya-Ukrayna müharibəsi, insan haqları və digər məsələlərlə bağlı müzakirələr aparacağı gözlənilirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin