Bu gün Qroznı şəhərində maskalı şəxslər tərəfindən vəhşicəsinə döyülən jurnalist Yelena Milaşina və vəkil Aleksandr Nemov Şimali Osetiyanın Beslan şəhərinə gətirilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı "Sapa MEDİA" nəşri Beslandakı Şimali Qafqaz Çox Profilli Tibb Mərkəzində çəkilmiş eksklüziv kadrları yayıb.
MÖVZU İLƏ BAĞLI:
Çeçenistanda “Novaya qazeta”nın qadın jurnalisti DÖYÜLDÜ - FOTO/VİDEO
Çeçenistanda döyülən jurnalist Qroznıda müalicə olunmaqdan imtina etdiyi üçün bu mərkəzə gətirilib.
Əvvəlcə jurnalistin özü qurumun dəhlizi ilə getsə də, sonradan yerə yıxılıb. Ona ərtafdakı insanlar kömək ediblər.
Məlumata görə, Milaşinaya qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Bizim.Media