Kadırovun düşməninin həyat yoldaşına 5,5 il həbs cəzası verildi - FOTO

Hazırda oxunan: Kadırovun düşməninin həyat yoldaşına 5,5 il həbs cəzası verildi - FOTO

144496

Məhkəmə Çeçenistan Ali Məhkəməsinin keçmiş hakimi Saydi Yanqulbayevin həyat yoldaşı Zarema Musayevanı polis əməkdaşına qarşı zorakılıq və dələduzluq işi üzrə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Bizim.Media xatırladır ki, Musayeva hüquq müdafiəçiləri Abubakar və İbrahim Yanqulbayevin anasıdır. 

İstintaqın məlumatına görə, qadın ötən il yanvarın 21-də növbətçi hissənin qarşısında duran vətəndaşlara qarşı nalayiq ifadələr işlədib.

Sahə rəisi qadına yaxınlaşaraq qanunu pozduğunu bildirib və xuliqanlıq faktı ilə bağlı inzibati protokol tərtib edib. Polisin sözlərinə görə, bundan sonra Musayeva ona hücum edib, üzünü cırıb və döyüb.

Yeri gəlmişkən, Çeçenistan Ali Məhkəməsinin keçmiş hakimi Saydi Yanqulbayev və qızı Aliyə ötən ilin sonunda Rusiyanı tərk edib.

2022-ci ilin yanvarında çeçen polisi Nijni Novqorodda Saydi Yanqulbayevin həyat yoldaşı Zarema Musayevanın yaşadığı mənzilə soxulub və 59 yaşlı qadını zorla Qroznıya dindirməyə aparıb.
Daha sonra Kadırov Rusiya Ali Məhkəməsindən Yanqulbayevin hakimlər sıralarından çıxarılmasını, adının məhkəmə orqanının tarixindən tamamilə silinməsini xahiş edib.

"Bu ailə ya həbsxanada, ya da yerin altında olmalıdır. Bu, artıq məndən asılı deyil”, - deyə Çeçenistan rəhbəri bildirib.

Əlavə edək ki, bu gün Zarema Musayevanın məhkəməsində iştirak etmək üçün Qroznıya gələn jurnalist Yelena Milaşina və vəkil Aleksandr Nemov hücuma məruz qalaraq döyülüb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin