Türkiyənin təhlükəsizlik qüvvələri ötən ay terrorçulara qarşı 43-ü böyük və orta miqyasda olmaqla, 13 min 138 əməliyyat həyata keçirib. Əməliyyatlar zamanı 418 nəfər sazlanılıb, 112 nəfər həbs olunub, 65 terrorçu isə məhv edilib.
Bizim.Media xəbər verir ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bu barədə özünün tviter hesabında yazıb.
Nazir, həmçinin iyun ayında həyata keçirilən əməliyyatlar nəticəsində 16 terror hücumunun qarşısının alındığını bildirib. Onun sözlərinə görə, 39-u iriçaplı olmaqla 51 silah, 70 qumbara, 24 mina, 313 kiloqram partlayıcı və 6 min 937 sursat ələ keçirilib.
“Müqəddəs vətənimiz, şanlı bayrağımız naminə gecə və gündüz demədən terrora qarşı mübarizə aparan qəhrəman təhlükəsizlik qüvvələrini təbrik edirəm. Terror bitənə qədər mübarizəmiz davam edəcək”, - deyə Ali Yerlikaya qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:30 / 04.07.2023
Ötən ay 65 terrorçu məhv edilib - Türkiyənin daxili işlər naziri
Hazırda oxunan: Ötən ay 65 terrorçu məhv edilib - Türkiyənin daxili işlər naziri
Hazırda oxunan: Ötən ay 65 terrorçu məhv edilib - Türkiyənin daxili işlər naziri
144490
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.