Fransa əhalisinin təxminən 70 faizi Nanter şəhərində 17 yaşlı yeniyetmənin polis tərəfindən güllələnməsindən sonra ölkəni bürüyən iğtişaşlarla bağlı fövqəladə vəziyyət rejiminin tətbiqini dəstəkləyir.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumat Fransanın “Ifop” İctimai Rəy İnstitutu tərəfindən keçirilən sorğunun nəticələrində əksini tapıb.
İyunun 29-30-da keçirilən sosioloji tədqiqatda yaşı 18-dən yuxarı mindən çox Fransa vətəndaşı iştirak edib.
Sorğuda iştirak edən fransızların 69 faizi ölkədə fövqəladə vəziyyət rejiminin tətbiqinə tərəfdar olduğunu bildirib. Həmçinin onların əksəriyyəti ölkənin müxtəlif bölgələrində baş vermiş zorakılığı qınayıb. Eyni zamanda, respondentlərin 57 faizi polis və jandarmeriyanın fəaliyyətini dəstəkləyib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
07:30 / 04.07.2023
Fransızlar ölkədə fövqəladə rejim elan olunmasını İSTƏYİR
Hazırda oxunan: Fransızlar ölkədə fövqəladə rejim elan olunmasını İSTƏYİR
Hazırda oxunan: Fransızlar ölkədə fövqəladə rejim elan olunmasını İSTƏYİR
144396
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.