Ukrayna Prezidenti Volodimir Zelenski Gürcüstanın Ukraynadakı səfirinə 48 saat ərzində Ukraynanı tərk etmək barədə tapşırıq verib.
Bizim.Media xəbər verir ki, bu barədə Zelenski özünün “Twitter” hesabında məlumat verib.
“Bu gün mən Xarici İşlər Nazirliyinə Gürcüstanın Ukraynadakı səfirini çağırmağı, ona kəskin etirazımı bildirməyi və ölkəsi ilə məsləhətləşmələr aparmaq üçün 48 saat ərzində Ukraynanı tərk etmək barədə tapşırıq verdim”, - deyə Ukrayna lideri qeyd edib.
O, yenidən Gürcüstan hakimiyyətini Ukrayna vətəndaşı olan Saakaşvilini müalicə üçün ölkəsinə qaytarmağa çağırıb.
Qeyd edək ki, Mixeil Saakaşvilinin vəziyyətinin ağır olduğunu sübut edən yeni fotolar yayılıb.
Bizim.Media
Right now, Russia is killing Ukrainian citizen Mykhailo Saakashvili at the hands of the Georgian authorities.
— Володимир Зеленський (@ZelenskyyUa) July 3, 2023
We have repeatedly called on the official Tbilisi to stop this abuse and agree on Saakashvili's return to Ukraine. Our partners, in coordination with Ukraine, have also… pic.twitter.com/Gzvl4zJPR1