“Ölkəmizdə inflyasiya göstəriciləri tam bəlli olduqdan sonra dövlət qulluqçularımıza və təqaüdçü vətəndaşlarımıza verdiyimiz vədlərə əməl edəcəyik”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında bildirib.
O qeyd edib ki, icarə müqavilələri üzrə 25% limit tətbiq olunmağa davam edəcək:
“Biz həm də yeni və işlənmiş avtomobil qiymətlərindəki suni artımları yaxından izləyirik. Biz bu acgözlük problemini də həll edəcəyik”.
Türkiyə lideri fevral ayında baş verən zəlzələni xatırdayaraq bildirib ki, bu il zəlzələnin Türkiyəyə vurduğu maddi zərərin həcmi 104 milyard dollara çatıb.
Qeyd edək ki, Ərdoğanın sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclası 3 saata yaxın davam edib. Prezident Ərdoğan görüşdən sonra açıqlama verib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:33 / 03.07.2023
Ərdoğan: “Zəlzələnin Türkiyəyə vurduğu maddi zərər 104 milyard dollara çatıb”
Hazırda oxunan: Ərdoğan: “Zəlzələnin Türkiyəyə vurduğu maddi zərər 104 milyard dollara çatıb”
Hazırda oxunan: Ərdoğan: “Zəlzələnin Türkiyəyə vurduğu maddi zərər 104 milyard dollara çatıb”
144371
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.