Fransa Prezidenti Fransua Olland, Almaniya kansleri Angela Merkel və İtaliya Baş naziri Matteo Rentsi avqustun sonunda bir araya gələcəklər.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fransa Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Stefan Le Fol söyləyib.
Onun sözlərinə görə, bu görüşdə liderlər Breksitin Avropa Birliyi üçün nəticələrini müzakirə edəcəklər. O, hələlik görüşün formatının tam dəqiqləşdirilmədiyini bildirib.


































































































