Ukraynalı yazıçı Rusiya raketinin qurbanı oldu

Hazırda oxunan: Ukraynalı yazıçı Rusiya raketinin qurbanı oldu

144249

Ukraynalı yazıçı Viktoriya Amelina Kramatorskda kafenin atəşə tutulması zamanı aldığı yaralardan xəstəxanada ölüb. 

Bizim.Media xəbər verir ki, o, Rusiyanın həmin şəhərə raket hücumunun 13-cü qurbanı olub.

Raket zərbəsi zamanı Amelina kolumbiyalı jurnalist və yazıçılardan ibarət nümayəndə heyəti ilə birlikdə kafedə olub.

Viktoriya Amelina Ukrayna PEN Klubunun üzvüdür. Onun mətnləri polyak, çex, alman, holland və ingilis dillərinə tərcümə edilib. 2021-ci ildə Cozef Konrad-Kojenevski Ədəbi Mükafatını qazanıb.
2022-ci ilin yayından bəri Amelina "Truth Hounds" şirkəti ilə Rusiyanın hərbi cinayətləri barədə sənədli film hazırlayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin