Fransada daha bir şəhər merinə hücum etdilər

Hazırda oxunan: Fransada daha bir şəhər merinə hücum etdilər

144189

Fransanın La Rişe şəhərinin meri Filip Posuşa naməlum şəxslər hücum edib.

Bizim.Media “lenta.ru” nəşrinə istinadən xəbər verir ki, etirazçılar onun bağına daxil olaraq avtomobilini yandırmağa cəhd ediblər.

Hadisə iyulun 1-dən 2-nə keçən gecə baş verib.

Posuşun sözlərinə görə, bir qrup şəxs onun avtomobilini yandırmağa nail olub, lakin o, hücum edənləri qovub və maşını söndürməyə başlayıb.

O, qeyd edib ki, həftə ərzində aldığı təhdidlərlə bağlı polisə məlumat verib. Şəhər başçısı həmçinin yanğına cəhdlə bağlı hüquq-mühafizə orqanlarına şikayət etmək planlarını açıqlayıb.

Xatırladaq ki, bundan öncə Lay-le-Roz şəhərinin meri Vinsent Janbryunun evinə hücum edildiyi, həyat yoldaşı və uşağının yaralandığı bildirilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin