Netanyahu Birləşmiş Ərəb Əmirliklərinə səfərini təxirə saldı – SƏBƏB NƏDİR?

Hazırda oxunan: Netanyahu Birləşmiş Ərəb Əmirliklərinə səfərini təxirə saldı – SƏBƏB NƏDİR?

14416

İsrailin Baş naziri Binyamin Netanyahu 11 mart tarixində Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfərini ləğv etmək qərarına gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

 

MÖVZU İLƏ BAĞLI:

Netanyahu BƏƏ-yə səfər edəcək


Bundan əvvəl "The Times of Israel" qəzeti İsrail hökumətinin başçısının həyat yoldaşı Sara Netanyahunun appendisit şübhəsi ilə cümə axşamı gecə xəstəxanaya qaldırılması səbəbi ilə səfərin təxirə salınması barədə xəbər vermişdi.

Netanyahunun BƏƏ-yə səfəri əvvəllər İsraildə qüvvədə olan karantin məhdudiyyətləri səbəbindən üç dəfə təxirə salınmışdı.

Qeyd edək ki, 15 sentyabr 2020-ci il tarixində Vaşinqtonda İsrail tərəfi ABŞ-ın aktiv vasitəçiliyi ilə BƏƏ və Bəhreynlə münasibətlərin normallaşdırılmasına dair sənədlərə imza atıb.

Üçlü razılaşma Qərbdə bütün islam, iudaizm və xristian dininin davamçılarının mənəvi əcdadı sayılan İbrahim peyğəmbərin şərəfinə "İbrahim anlaşmaları" adlandırılıb.

Yəhudi dövlətinin BƏƏ və Bəhreynlə barışıq bağlanmazdan əvvəl ərəb ölkələri arasında yalnız Misir və İordaniya ilə diplomatik münasibətləri olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin