Şəriət qaydaları ilə işləyən poliklinika

Hazırda oxunan: Şəriət qaydaları ilə işləyən poliklinika

144145
Rusiyanın Kazan şəhərində şəriət qaydaları ilə işləyən halal poliklinika yaradılacaq.

Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Tatarıstan Müsəlmanlarının Ruhani İdarəsindən bildiriblər.

Klinika Kazanın mərkəzində tikiləcək. Layihənin ilkin məbləği 6,7 milyon dollar təşkil edir.

Klinika bütün müsəlmanlar üşün "vahid pəncərə" prinsipi ilə işləyəcək. Burada ambulator müalicə, laboratoriya təhqiqatlarının aparılması, vaksinasiya, ümümi terapiya nəzərdə tutulub.

Kişilərə kişi həkimlər, qadınlara isə qadın həkimlər xidmət göstərəcək.

Kazanda halal sanatoriyanın tikilməsi də nəzərdə tutulub. Əsas fərq ondan ibarət olacaq ki, bu sanatoriyada kişi və qadın bölmələri fəaliyyət göstərəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin