Xəbər verildiyi kimi bu gün bütün dünyada “Twitter”in fəaliyyətində fasilələr yaranıb.
Bizim.Media xəbər verir ki, istifadəçilər “Twitter”də problemdən şikayətləniblər. Belə ki, platformadan istifadə edənlər xəbər lentinə və fərdi tvitlərə baxa bilmədiklərini bildiriblər.
Çox keçmədən “Twitter”in sahibi İlon Mask məsələyə münasibət bildirib. O, sosial şəbəkədə tvitlərin sayına məhdudiyyət qoyulduğunu bildirib.
Mask bildirib ki, məlumatların qırılması və sistem manipulyasiyasının sürətlə artan səviyyələrinə cavab olaraq vaxt məhdudiyyətləri tətbiq edilib.
Təsdiqlənmiş hesablar gündə 6 000-ə qədər paylaşımı oxuya biləcək.
Bununla belə, təsdiqlənməmiş tviter hesablarının istifadəçiləri indi gündə 600, yeni hesablar isə gündə yalnız 300 paylaşıma baxa bilər. Bəzi sosial media istifadəçiləri şənbə günü "sürət həddi aşıldı" mesajı gördüklərini bildiriblər - və sosial media “RIP Twitter” və “#Twitterdown” trendlərinə başlayıb.
Mask müvəqqəti məhdudiyyətlərin nə qədər davam edəcəyini açıqlamayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
23:13 / 01.07.2023
“Twitter”ə vaxt məhdudiyyəti QOYULDU
Hazırda oxunan: “Twitter”ə vaxt məhdudiyyəti QOYULDU
Hazırda oxunan: “Twitter”ə vaxt məhdudiyyəti QOYULDU
144100
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.