Kanada etirazların davam etdiyi Fransaya səfər edən vətəndaşlarına "çox ehtiyatlı" olmaları barədə xəbərdarlıq edib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Kanada hökumətindən verilən açıqlamada Fransanın şəhərlərində 17 yaşlı gəncin polis tərəfindən öldürülməsinə cavab olaraq başlayan etirazların davam etdiyi bildirilib.
Açıqlamada, Fransaya səyahət edən Kanada vətəndaşlarına "olduqca ehtiyatlı olmaq" barədə xəbərdarlıq edilib.
Həmçinin, Fransada 27 iyundan bəri polis zorakılığına qarşı nümayişlərin keçirildiyi, Paris, Lion və Tuluza da daxil olmaqla ölkənin bir çox başqa şəhərlərində yeni nümayişlərin planlaşdırıldığı bildirilib.
Açıqlamada o da yer alıb ki, nümayişçilərlə polis arasında “vandalizm, yanğın və şiddətli toqquşmalar var. Bəzi hallarda təhlükəsizlik qüvvələri kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edirlər” ifadələrindən də dən istifadə edilib.
Gücləndirilmiş təhlükəsizlik tədbirlərinə işarə edilən bəyanatda nümayişlərin Parisdə nəqliyyat qovşaqları, ictimai yerlər və xüsusilə turistik yerlər kimi strateji ərazilərdə keçirildiyi xüsusilə qeyd edilib.
Qeyd edək ki, iyunun 27-də Nanterre şəhərində polis məmurunun yol hərəkətinə nəzarət zamanı 17 yaşlı sürücünü güllələyərək öldürməsinin görüntüləri bütün ölkədə hiddətə səbəb olub. Davam edən hadisələrdə 1500-ə yaxın adam saxlanılıb, 200-dən çox polis əməkdaşı yaralanıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:37 / 01.07.2023
Kanada Fransaya səfər edən vətəndaşlarına XƏBƏRDARLIQ ETDİ
Hazırda oxunan: Kanada Fransaya səfər edən vətəndaşlarına XƏBƏRDARLIQ ETDİ
Hazırda oxunan: Kanada Fransaya səfər edən vətəndaşlarına XƏBƏRDARLIQ ETDİ
144080
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.