Meksikada son həftələrdə yüksək temperatur səbəbindən həyatını itirənlərin sayı 112-yə yüksəlib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, xüsusilə ölkənin şimal-qərb və cənub-şərqində rekord temperaturlara görə can itkisi sürətlə artır.
Ən çox itki verən ştatlardan biri - Nuevo Leonda 64, Tamaulipasda 19, Verakruzda 15 və Tabaskoda 14 nəfər həlak olub.
Səhiyyə Nazirliyinin açıqlamasında ölənlərin yaş həddi 45-64 aralığında, 112 nəfərdən 104-nün gün vurması nəticəsində dünyasını dəyişdiyi bildirilib.
Milli Meteorologiya Xidməti (SMN) iyunun 20-də verdiyi açıqlamada ölkə miqyasında isti dalğasının daha 10-15 gün davam edəcəyini açıqlayıb və xroniki xəstələrin məcburi olmadıqca müəyyən saatlarda çölə çıxmamasını tövsiyə edib.
Temperaturun 40 dərəcəni keçdiyi Meksikada son illərin ən acınacaqlı günlərinin yaşandığı deyilir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:37 / 30.06.2023
Meksikada anormal istidən ölənlərin sayı 112-yə ÇATIB
Hazırda oxunan: Meksikada anormal istidən ölənlərin sayı 112-yə ÇATIB
Hazırda oxunan: Meksikada anormal istidən ölənlərin sayı 112-yə ÇATIB
143852
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.