Fransanın Nanter şəhərində polis tərəfindən öldürülən 17 yaşlı yeniyetmənin xatirəsinə keçirilən etirazlar davam edir.
Bizim.Media “TASS”a istinadən xəbər verir ki, aksiyaya nəzarət üçün əraziyə helikopter göndərilib.
Bildirilib ki, iğtişaşları yatırmaq üçün əlavə polis qüvvələrindən də istifadə olunub. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, etirazlarda 150 nəfər saxlanılıb.
Baş verən hadisələrlə əlaqədar ölkədə iyulun 3-dək komendant saatı elan edilib.
Qeyd edək ki, daha əvvəl iğtişaşı yatırmaq üçün hüquq-mühafizə orqanları etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
23:26 / 29.06.2023
Fransada SON VƏZİYYƏT: Helikopterlər havaya qalxıb
Hazırda oxunan: Fransada SON VƏZİYYƏT: Helikopterlər havaya qalxıb
Hazırda oxunan: Fransada SON VƏZİYYƏT: Helikopterlər havaya qalxıb
143834
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.