Ağ Ev: "Obama Şərqi Avropada NATO-nun möhkəmləndirilməsini Putinlə müzakirə etməyib"

Hazırda oxunan: Ağ Ev: "Obama Şərqi Avropada NATO-nun möhkəmləndirilməsini Putinlə müzakirə etməyib"

143783
 Barak Obama Rusiya prezidenti Vladimir Putin ilə son söhbəti zamanı Şərqi Avropada NATO-nun möhkəmləndirilməsini müzakirə etməyib.
 
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisinin müavini Ben Rods bəyan edib.
 
“Onlar bu barədə danışmayıb. Söhbət zamanı Ukrayna, Suriya və Dağlıq Qarabağ müzakirə olunub. Düşünürəm ki, Varşavada qəbul olunan qərar Rusiya üçün gözlənilməz olmayıb”x9d, deyə B.Rods bildirib.
 
İyulun 8-də Polşanın paytaxtı Varşavada NATO-nun Sammiti işə başlayıb. NATO-ya üzv dövlətlərin liderləri Baltikyanı ölkələr və Polşada dörd çoxmillətli tabor yaratmağa qərar verib.
 
Xatırladaq ki, İyulun 6-da Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Barak Obama arasında telefon danışığı olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin