Atlantik okeanında “Titan” batiskafının qəzaya uğradığı ərazidə insan qalıqları tapılıb.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Sahil Mühafizə Xidməti məlumat yayıb.
Qəzaya uğrayan batiskafın bəzi hissələri ilə yanaşı, insan qalıqları da sahilə çıxarılıb.
Xatırladaq ki, turistləri “Titanik”in qəzaya uğradığı yerə aparan sualtı qayıq iyunun 19-da Atlantik okeanında yüksək təzyiqdən partlayıb.
“Titan”ın göyərtəsində britaniyalı milyarder Hemiş Hardinq, batiskafın sahibi – “OceanGate” kompaniyasının rəhbəri Stokton Raş, pakistanlı biznesmen Şahzada Davud və onun oğlu Süleyman, fransalı okeanoqraf Pol-Anri Narjole olub. Onların qəzada öldüyü bildirilir.
Bizim.Media
![](https://a.bizim.media/file/articles/2023/06/29/1688025466_1.jpg)
- A-
- A
- A+
Dünya
12:00 / 29.06.2023
“Titan” batiskafının qəzaya uğradığı ərazidən insan qalıqları sahilə ÇIXARILDI
Hazırda oxunan: “Titan” batiskafının qəzaya uğradığı ərazidən insan qalıqları sahilə ÇIXARILDI
Hazırda oxunan: “Titan” batiskafının qəzaya uğradığı ərazidən insan qalıqları sahilə ÇIXARILDI
143762
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.