Zelenski: Biz əmin olmalıyıq ki, müharibədən sonra Ukrayna NATO-ya üzv olacaq

Hazırda oxunan: Zelenski: Biz əmin olmalıyıq ki, müharibədən sonra Ukrayna NATO-ya üzv olacaq

143706

NATO-nun Vilnüs sammitində Ukrayna alyansdakı gələcəyi ilə bağlı dəqiq cavab almalıdır. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, Kiyevdə Polşa Prezidenti Anjey Duda və Litva Prezidenti Gitanas Nauseda ilə birgə mətbuat konfransında bildirib. 

“Əgər alyans qüdrətli olmaq istəyirsə və öz mövcudluğunu Ukraynasız görmürsə, biz də NATO-da gələcəyimizlə bağlı dəqiq və konkret cavab almaq istəyirik”, - deyə Zelenski qeyd edib ki, söhbət Ukraynanın bu gün alyansa üzv olmasından getmir.
“Biz başa düşürük ki, müharibə zamanı NATO-nun üzvü ola bilmərik. Amma əmin olmalıyıq ki, müharibədən sonra biz onun üzvü olacağıq və bu, bizim almaq istədiyimiz siqnaldır”, - deyə Ukrayna Prezidenti əlavə edib. 

Eyni zamanda o xatırladıb ki, hələlik Ukrayna NATO-nun üzvü olmasa da, ölkəsi təhlükəsizlik zəmanəti almalıdır. 

Qeyd edək ki, iyulun 11-12-də Vilnüsdə keçiriləcək NATO sammitində Ukraynaya yardımın davam etdirilməsi əsas məsələlər sırasında nəzərdən keçiriləcək.  

Ukrayna bu görüşdən ölkənin NATO-ya üzvlük yolunun müəyyənləşdirilməsi və gələcəkdə Rusiya təcavüzünün mümkün təkrarlanmasının qarşısını almaq üçün təhlükəsizlik zəmanətlərinin verilməsi ilə bağlı konkret qərarlar gözləyir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin