Rus sülhməramlıları Bakıdan bunu xahiş edib - DETALLAR AÇIQLANDI

Hazırda oxunan: Rus sülhməramlıları Bakıdan bunu xahiş edib - DETALLAR AÇIQLANDI

143678

Rəsmi Moskva Qarabağda müvəqqəti yerləşdirilən rus sülhməramlılarının fəaliyyəti üçün zəruri olan malların Laçın sərhəd-buraxılış məntəqəsindən daşınması xahişi ilə Azərbaycana müraciət edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı minval.az əldə edib. 

Azərbaycan tərəfi isə cavab verib ki, logistik dəstək yalnız Dağıstandan Bərdəyə, oradan Ağdama, sonra isə Xankəndinə dəmir yolu ilə mümkündür. Üstəlik, keçmişdə belə bir təcrübə olub. 

Yəni, əgər Rusiya sülhməramlı kontingentini təchiz etmək istəyirsə, bu, Ermənistandan yox, yalnız Azərbaycan ərazisindən keçməlidir. Oxşar təkliflə Bakı Beynəlxalq Qızıl Xaç Cəmiyyətinə də müraciət edib: əgər sizə humanitar yükləri Xankəndinə çatdırmaq lazımdırsa (söhbət xəstəxanaya yerləşdirilməyə ehtiyacı olan xəstələrdən yox, logistik yükdən gedir), onların Laçın sərhəd-buraxılış məntəqəsi ilə yox, Azərbaycan ərazisi vasitəsilə keçməsinə icazə verməyə hazırıq. 
Xatırladaq ki, BQXK-nın Xankəndidəki ofisini bağlamasının, onun İrəvanda deyil, Bakıda nümayəndəliyinin açılmasının vaxtı çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin