Hakerlər qrupu bütün dünyada “Verkada” şirkətinə məxsus 150 000 kameranın sındırıldığını elan edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” kibercinayətkar qrupun üzvünə istinadla bildirib.
Nəşrin yazdığına görə, kibercinayətkarlar xəstəxanalarda, polis bölmələrində, həbsxanalarda, məktəblərdə və digər müəssisələrdə kameralara giriş əldə ediblər. Bunların arasında Şanxayda “Tesla” anbarı və “Verkada”nın öz ofisi də var.
Bildirilir ki, hadisəyə görə məsulliyyəti öz üzərinə götürən beynəlxalq hakerlər qrupunun məqsədi video nəzarətin hər yerdə olduğunu və kameralara girməyin asanlığını nümayiş etmək idi.
Mənbədən bildirilib ki, kiber cinayətkarlar nəinki uzaqdan idarə oluna bilən 150 000 kameraya, həm də şirkətin bütün arxivlərinə giriş əldə ediblər.(Oxu)
Bizim.Media
- A-
- A
- A+
Dünya
02:25 / 11.03.2021
Hakerlər qrupu bütün dünyada kameraları sındıraraq gizli görüntülər əldə etdilər - FOTO
Hazırda oxunan: Hakerlər qrupu bütün dünyada kameraları sındıraraq gizli görüntülər əldə etdilər - FOTO
Hazırda oxunan: Hakerlər qrupu bütün dünyada kameraları sındıraraq gizli görüntülər əldə etdilər - FOTO
14360
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.