Ukrayna ilə danışıqları Lukaşenko aparacaq? – Kremldən AÇIQLAMA 

Hazırda oxunan: Ukrayna ilə danışıqları Lukaşenko aparacaq? – Kremldən AÇIQLAMA 

143558

“Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinlə dostluq münasibətləri olan təcrübəli və müdrik siyasətçidir. Lakin hazırda danışıqlar üçün ilkin şərtlər olmadığı üçün o, Ukrayna üzrə danışıqlar aparan şəxs ola bilməyəcək”. 

Bizim.Media “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib. 

“Lukaşenko bizim qardaş ölkəmiz olan Belarusun başçısıdır. O, təcrübəli və müdrik dövlət xadimidir, Lukaşenkonun Putinlə nəinki müttəfiqlik, həm də dostluq münasibətləri var”, – deyə Kremlin mətbuat katibi əlavə edib. 
Onun sözlərinə görə, hər gün iki ölkə liderləri arasında fikir mübadiləsi aparılır, lakin Belarus prezidentinin Ukrayna üzrə danışıqlar aparan şəxs olmasına imkan yoxdur, çünki danışıqlar prosesi Kiyev tərəfindən istismar edilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin