Avropada yaxın üç il ərzində hipersəs silahlarına qarşı prototip müdafiə sisteminin yaradılması planlaşdırır. Artıq bununla Aİ ölkələri arasında danışıqlar başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “The Daily Telegraph” nəşri Avropanın MBDA raket istehsalçısı şirkətinin icraçı direktoru Erik Berancerə istinadən yazır.
Korporasiya artıq Fransa, İtaliya, Almaniya və Hollandiya ilə növbəti üç il ərzində prototipin hazırlanması üçün ilkin mərhələli müqavilələr imzalayıb.
Müdafiə sistemi saatda 6900 mil (saatda 11.000 kilometr) sürətlə gedən raketləri vurmaq üçün istehsal olunacaq və bütün Avropa ölkələrində yerləşdiriləcək.
E.Barencer qeyd edib ki, sistem qismən Britaniyanın BAE Systems müdafiə şirkətinə məxsus olan MBDA-nın rəhbərlik etdiyi komanda tərəfindən hazırlanır. İcraçı direktor bildirib ki, Avropanı hipersəs təhlükələrinə qarşı ən effektiv müdafiə etmək yoluna rəhbərlik etmək şirkətin əsas prioritetidir.
Xatırladaq ki, hələ ötən ilin iyulunda Britaniya mediası ABŞ-la birlikdə hipersəs silahlarından qorunmaq üçün sistemlər hazırladıqlarını bildirmişdi.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
Dünya
12:08 / 26.06.2023
Avropada yeni raketdən müdafiə sistemi yaradılır
Hazırda oxunan: Avropada yeni raketdən müdafiə sistemi yaradılır
Hazırda oxunan: Avropada yeni raketdən müdafiə sistemi yaradılır
143378
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.