İsrailin baş naziri Benyamin Netanyahu martın 11-də Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfər edəcək.
Bizim.Media “Walla”a istinadən xəbər verir ki, baş nazir BƏƏ-nin vəliəhdi şahzadə Məhəmməd ibn-Zahid ən-Nahyanla görüşəcək.
MÖVZU İLƏ BAĞLI:
''İran İsrailin ən böyük düşmənidir'' - Netanyahu
Qeyd edək ki, bu il martın 1-də Birləşmiş Ərəb Əmirliyinin İsrailə təyin olunan səfiri Məhəmməd əl-Hayya tarixdə ilk dəfə olaraq Təl-Əvivə gedib.
Məhəmməd əl-Hayya vəzifəsinin səlahiyyətlərinin icrsına Pesax bayramından sonra başlayacaq.
Bizim.Media