Belarus prezidenti Aleksand Lukaşenko və “Vaqner” hərbi birləşməsinin rəhbəri Yevgeni Priqojinin Rusiya ərazisində qanlı qırğının qəbuledilməz olması barədə razılığa gəlməsindən sonra Cənub Hərbi Dairəsinin Rostovdakı qərargahında vəziyyət dəyişib.
Bizim.Media xəbər verir ki, “Vaqner”çilər artıq Rostovu tərk etməyə başlayıblar.
Sakinlərin sözlərinə görə, vəziyyət stabil olsa da bölgədə yollar hələ də bağlıdır.
Bizim.Media