Blinken indi də Hakan Fidanla Rusiyadakı son hadisələri MÜZAKİRƏ ETDİ 

Hazırda oxunan: Blinken indi də Hakan Fidanla Rusiyadakı son hadisələri MÜZAKİRƏ ETDİ 

143169

Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı baş tutub. 

Bizim.Media Türkiyə KİV-nə istinadən xəbər verir ki, görüş zamanı Rusiyada baş verən hadisələr və regional məsələlər müzakirə edilib. 

Qeyd edək ki, ''Vaqner'' hərbi təşkilatı gecə saatlarında Ukraynadakı mövqelərini tərk edərək Rusiya ərazisinə daxil olub. Təşkilatın rəhbəri Yevgeniy Priqojin bu addıma səbəb kimi ''Vaqner''in düşərgələrinə raket hücumunun həyata keçirilməsini göstərib.  
Priqojin hücumun Rusiya MN-nin bölmələri tərəfindən edildiyini yazıb. Rusiya MN isə bu iddianı təkzib edib.   

Rusiya Baş Prokurorluğu tərəfindən Priqojinə silahlı üsyana təhrik maddəsi ilə cinayət işi açılıb.

Bu gün səhər saatlarında isə Rostov şəhəri və Cənub Hərbi Dairəsi Qərargahı “vaqnerçi”lər tərəfindən ələ keçirilib.    

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin