Rusiyanın Xarici İşlər Nazirliyi ölkədə baş verən “Vaqner” hərbi birləşməsinin qiyamı ilə bağlı bəyanat yayıb.
Bizim.Media xəbər verir ki, bəyanatda qərb ölkələrinə xəbərdarlıq edilib:
“Biz Qərb ölkələrini rusofobik məqsədlərinə çatmaq üçün Rusiyanın daxili vəziyyətindən istifadəyə dair hər hansı işarəyə qarşı xəbərdarlıq edirik. Bu cür cəhdlər əbəsdir və nə Rusiyada, nə də xaricdəki sağlam düşüncəli siyasi qüvvələr arasında dəstək tapa bilər.
Biz əminik ki, yaxın gələcəkdə vəziyyət Rusiya xalqının və Rusiya dövlətinin əsrlər boyu davam edən müdrikliyinə layiq öz həllini tapacaq”.
Qeyd edilib ki, ölkədə baş verən silahlı qiyama cəhd Rusiya Federasiyasının Prezidenti Vladimir Putini güclü dəstəkləyən Rusiya cəmiyyətində kəskin etiraza səbəb olur:
“Sui-qəsdçilərin avantürist istəkləri əslində Rusiyada sabitliyi və birliyimizi pozmaq, Rusiya Federasiyasının etibarlı beynəlxalq təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş səylərini sarsıtmaq məqsədi daşıyır”.
“Ölkəmiz öz təhlükəsizliyini təmin etmək, dəyərlərini qorumaq, beynəlxalq aləmdə nüfuzunu gücləndirmək, çoxqütblü ədalətli dünya nizamını formalaşdırmaq üçün suveren kursunu davam etdirəcək. Biz müttəfiqlərimizin və xarici tərəfdaşlarımızın bu prinsipial mövqeyini başa düşməsini çox yüksək qiymətləndiririk və artıq bu barədə tam məlumatlıyıq”, - deyə bəyanatda bildirilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:35 / 24.06.2023
Rusiya XİN-dən ölkədəki vəziyyətlə bağlı BƏYANAT
Hazırda oxunan: Rusiya XİN-dən ölkədəki vəziyyətlə bağlı BƏYANAT
Hazırda oxunan: Rusiya XİN-dən ölkədəki vəziyyətlə bağlı BƏYANAT
143159
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.