Rusiyadakı vəziyyət ABŞ-ın GÜNDƏMİNDƏ: Blinken bu şəxslərlə hərbi qiyamı MÜZAKİRƏ ETDİ 

Hazırda oxunan: Rusiyadakı vəziyyət ABŞ-ın GÜNDƏMİNDƏ: Blinken bu şəxslərlə hərbi qiyamı MÜZAKİRƏ ETDİ 

143149

ABŞ dövlət katibi Antoni Blinken Rusiyadakı hərbi qiyamla bağlı vəziyyəti G7 ölkələrinin xarici işlər nazirləri və Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell ilə müzakirə edib. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller danışıqların yekunlarına dair yazılı açıqlama verib: 

“Dövlət katibi Blinken Rusiyadakı mövcud vəziyyəti müzakirə etmək üçün bu gün Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi ilə telefon danışıqları aparıb”. 
O qeyd edib ki, hadisələrin gedişi daha da inkişaf etdikcə ABŞ müttəfiqləri və tərəfdaşları ilə sıx koordinasiyanı davam etdirəcək. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin