Rusiyanın Stavropol şəhərində baş verən yol qəzasında 3 Azərbaycan vətəndaşı vəfat edib.
Dövlət Yol Hərəkəti Təhlükəsizliyi İdarəsinin məlumatına əsasən, qəza “Qafqaz”x9d federal yolunun 296-cı kilometrliyində baş verib. Belə ki, Mineralnıe Vodı şəhərindən Nevinnomıssk istiqamətində hərəkətdə olan “Mercedes”x9d markalı avtomobil qarşıdan gələn “KamAz”x9d markalı yük maşını ilə toqquşub. İlkin ehtimal kimi məsafənin düzgün seçilmədiyi göstərilir.
Qəza nəticəsində “Mercedes”x9ddə olanlar- 3 azərbaycanlı hadisə yerindəcə ölüblər. Sürücü və digər 2 sərnişin isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Onların arasında 15 yaşlı qızın da olduğu bildirilir.
Vəfat edən azərbaycanlıların elə bu gün sərhədi keçdiyi qeyd edilir. (Qafqazinfo)





























































































