Paşinyan daha bir vəzifəlini işindən azad elədi

Hazırda oxunan: Paşinyan daha bir vəzifəlini işindən azad elədi

1431

Ermənilər tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı gedən hərbi əməliyyatlarda ard-arda məğlub olan Ermənistan hökuməti daha bir yüksək vəzifəli şəxsi istefaya göndərib.

Bizim.Media erməni mətbuatına istinadən  xəbər verir ki, Ermənistanın Ədliyyə nazirinin müavini Vahe Danielyan vəzifəsindən azad edilib. Müvafiq fərmanı baş nazir Nikol Paşinyan verib.

Qeyd olunur ki, V. Danielyan bu posta 2019-cu ilin dekabrında təyin edilib.

Xatırladaq ki, son iki gün ərzində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat şöbəsinin rəisi, general-mayor Ovannes Karumyan, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları komandanı Vaqinak Sarkisyan və Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının qərargah rəisi Qaqik Tevosyan tutduqları vəzifədən azad olunublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin