Rusiyada Suriya döyüşçülərinə pul vəsaiti göndərməkdə şübhəli bilinən 13 radikal islamçı saxlanılıb.
Moderator.az Rusiya KİV-ə istinadən xəbər verir ki, keçirilən xüsusi əməliyyat nəticəsində Voloqod əyalətində saxlanılanların Suriyaya pul göndərmək üçün ağacları kəsərək satmaqla məşğul olduqları məlum olub.
Əməliyyat zamanı bir neçə qranat, tapança-pulemyot və bir kilodan artıq partlayıcı ələ keçirilib. Şübbhəlilərdən birinin 2010-cu ildə Şimali Qafqazda törədilən terror aktında iştirakı araşdırılır.
































































































