Rusiya ordusunun hərbçiləri ''Vaqner”in tərəfinə KEÇDİ – VİDEO  

Hazırda oxunan: Rusiya ordusunun hərbçiləri ''Vaqner”in tərəfinə KEÇDİ – VİDEO  

143081

Rusiya ordusunun bir qrup hərbçisi Priqojinə qoşulmaq üçün müraciət edib. 

Bizim.Media xəbər verir ki, bu barədə bir neçə rus əsgəri sosial şəbəkədə ''Vaqner'' hərbi təşkilatının Yevgeni Priqojinə müraciət edib. 

Onlar Priqojini dəstəklədiklərini və onun tərəfinə keçdiklərini bildiriblər. 

Qeyd edək ki, ''Vaqner'' hərbi təşkilatı gecə saatlarında Ukraynadakı mövqelərini tərk edərək Rusiya ərazisinə daxil olub. Təşkilatın rəhbəri bu addıma səbəb kimi ''Vaqner''in düşərgələrinə raket hücumunun həyata keçirilməsini göstərib. Priqojin hücumun Rusiya MN-nin bölmələri tərəfindən edildiyini yazıb. Rusiya MN isə bu iddianı təkzib edib. Rusiya Baş Prokurorluğu tərəfindən Priqojinə silahlı üsyana təhrik maddəsi ilə cinayət işi açılıb. Bu gün səhər saatlarında isə Rostov şəhəri və Cənub Hərbi Dairəsi Qərargahı “vaqnerçi”lər tərəfindən ələ keçirilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin