Rusiyanın güc strukturları Sankt-Peterburqda yerləşən “Vaqner” özəl hərbi şirkətinin mərkəzi ofisinə daxil olublar.
Bizim.Media xəbər verir ki, bu barədə teleqram kanallarında görüntülər yayılıb.
Kadrlarda OMON və Rusiya qvardiyasının mülki geyimli şəxslərlə birlikdə binaya girməsi əks olunub. Onların binada axtarış apardığı ehtimal edilir.
Bundan başqa, Peterburqda Blaqoveşenski körpüsündə əlində avtomat olan maskalı şəxslər dayanıb.
Həmçinin Akademiçeski küçəsi güc strukturları tərəfindən bağlanıb.
Bizim.Media