İstambulda Atatürk hava limanında terror hadisəsi törədənlərin ikisində Rusiya pasportu olub.
Moderator.az DHA-ya istinadən xəbər verir ki, terrorçu kamikadzeinin ikisində Raqim Bulqarov və Vadim Osmanova məxsus Rusiya pasportunun olduğu bəlli olub. Ancaq bu məlumat rəsmi qaydada təsdqini tapmayıb.
Bir müddət öncə İstambulda terror hadisəsini Qırğızstan, Özbəkistan və Dağıstandan olan terrorçuların həyata keçirdiyi haqda məlumat yayılıb.
Terror hadisəsinin təşkilatçısının çeçenəsilli Əhməd Çatayevin olduğu bildirilir. Ə.Çatayev zamanında “Qafqaz əmir”x9dliyində Doku Umarovun təşkilatında olub. D.Umarovun ölümündən sonra isə İŞİD-ə qoşulub.
































































































