Avropa İttifaqı erməni şirkətlərinə sanksiya QOYDU

Hazırda oxunan: Avropa İttifaqı erməni şirkətlərinə sanksiya QOYDU

142952

Avropa İttifaqı (Aİ) 11-ci sanksiya paketini qəbul edib. 

Bizim.Media "ec.europa.eu" a istinadən xəbər verir ki, bu siyahıya Ermənistan şirkətləri də daxil olub. 

Aİ-nin qərarına əsasən, sanksiya siyahısına Rusiyanın hərbi-sənaye kompleksinə birbaşa dəstək göstərən 87 yeni şirkət əlavə olunub. 

"Onlara ikili təyinatlı malların və qabaqcıl texnologiyaların ixracı ilə bağlı daha sərt məhdudiyyətlər şamil olunur. Rusiya və İran şirkətlərinə əlavə olaraq, artıq bu sanksiyalar Çin, Özbəkistan, Birləşmiş Ərəb Əmirlikləri, Suriya və Ermənistanda qeydiyyatdan keçmiş təşkilatlara da şamil olunur", - deyə Aİ-nin məlumatında deyilir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin