DMX-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüş olub

Hazırda oxunan: DMX-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüş olub

142841

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri xanım Bik Lum ilə görüşüb. 

Bu barədə Bizim.Media-ya DMX-nin mətbuat xidmətindən məlumat verilib. 

Görüşdə Vüsal Hüseynov Dövlət Miqrasiya Xidməti ilə BMT QAK arasında sıx əməkdaşlıq əlaqələrindən bəhs edib, birgə layihələrin, təcrübə mübadiləsinin həyata keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. 

Xidmət rəisi qaçqınların və qaçqın statusu almaq niyyətində olan şəxslərin cəmiyyətə inteqrasiyası, sosial müdafiəsi ilə bağlı həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Ölkəmizin sədrliyi ilə Almatı prosesi, eləcə də Azərbaycanda Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində mövcud əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib. 
Qaçqınlar və sığınacaq axtaran şəxslərin hüquqlarının müdafiəsi istiqamətində DMX ilə əməkdaşlıq çərçivəsində görülmüş işləri müsbət qiymətləndirən BMT QAK-ın Azərbaycandakı Nümayəndəsi xanım Bik Lum mövcud olan əlaqələrin daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib. 

Görüşdə tərəflər arasında miqrasiya sahəsində qarşılıqlı maraq kəsb edən digər məsələlərlə də bağlı fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin